• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda yeni həll planı - ABŞ-dan açıqlama

Qarabağda yeni həll planı - ABŞ-dan açıqlama
28.03.2017 10:35
Qarabağ münaqişəsinin həlli üzrə Lavrov planı yoxdur, əvvəlki planların təkmilləşdirilmiş variantı var.

"ANN" istipress-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan  həmsədrini müvəqqəti əvəz edən Riçard Hoqland  bildirib.

"Bu illər ərzində müxtəlif planlar olub, indi isə masanın üstündə olan müxtəlif planların düzəldilmiş, təmizlənmiş varinatıdır. Bu, əvvəlki təkliflərin təkrarlanması deyil. Yeni planda tərəflər üçün əlverişli olan yeni yollar, yeni həllər yer alıb”,- deyə Hoqland vurğulayıb.

Onun sözlərinə görə, tərəflər hələ ayrı-ayrı məsələlər üzərində işləyirlər, şərait yarananda prezidentlər görüşüb razılaşdırılmamış məsələləri müzakirə edəcəklər. Onun sözlərinə görə, bu, "Lavrov planı” deyil: "Dövriyyədə olan plan var: o, üç hissədən ibarətdir. Amma onun detallarını açmaq yerinə düşməz. Tərəflər onun üzərində işləyir”.

Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Ermənistanın "1in.am" portalına müsahibəsi zamanı münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlamışdı:

"Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik”.

Duqinin təsvir etdiyi variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxın idi. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir. Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır.

Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Erməni tərəfinin tələskənliyi Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində qalmağa səs verəcəyi ilə bağlıdır. Erməni ekspertlər düşünür ki, Azərbaycan regiona böyük sərmayələr yatırmaqla erməni əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilər, həmçinin bölgənin demoqrafik durumu azərbaycanlıların xeyrinə dəyişə bilər.

Yeni planın nələri əhatə etməsi açıqlandıqdan sonra məlum olacaq. Azərbaycanın plana reaksiyası da yalnız bundan sonra məlum olacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol