• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Qarabağı tam nəzarətə götürür

Putin Qarabağı tam nəzarətə götürür
29.04.2017 23:15
Rusiya Qarabağ danışıqlarını tam nəzarətə götürüb, Minsk qrupunun fəaliyyəti formal xarakter daşıyır.  

İstiPress-ə bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilmiş  görüşünü şərh edərkən bildirib.

"Əslində, Bakını yalnız bir iş maraqlandırır - problemi üçtərəfli (Rusiya, Ermənistan, Azərbaycan - red.) formatına keçirmək. Bu formatda danışıqlar yox, Ermənistana birtərəfli təzyiq baş verəcək".Dünənki görüşü şərh edən erməni mətbuatı da Rusiyanın münaqişənin nizamlanması prosesini öz nəzarətinə götürdüyünü iddia edirlər. Onların iddiasına görə, Rusiyanın məsələni nəzarətə götürməsi Bakının maraqlarına uyğundur və Ermənistana təzyiq məqsədi daşıyır. Məsələn, Ermənistanın "Lragir" portalı yazır:

Erməni şərhçilər çoxdan iddia edirlər ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına daxil etmək üçün Qarabağ məsələsindən istifadə etmək niyyətindədir və buna görə də münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllində maraqlı deyil.

Politoloq Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarması üçün ordunun gücləndirməsini vacib sayır: "Biz ordunu gücləndirməklə yanaşı, ictimaiyyəti də buna hazırlamalıyıq. Hazırda bu proses gedir və gün gələcək Azərbaycan xalqı bütün ərazilərini işğaldan azad etməyə nail olacaq". Qabil Hüseynli isə bu cür iradlarla razılaşmır: "Münaqişənin Minsk qrupu çərçivəsində həllinə Ermənistan mane olur. Ermənistan Rusiyaya arxalanaraq ərköyünlük edir. Rusiya və Ermənistan danışıqlara sadəcə imitasiya üçün gedirlər".




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol