• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: Türkiyə ABŞ-ın kürdlərlə ittifaqını tanımayacaq

Ərdoğan: Türkiyə ABŞ-ın kürdlərlə ittifaqını tanımayacaq
17.05.2017 12:00
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə danışıqlardan sonra qeyd edib ki, ABŞ-ın kürdlərlə ittifaqını heç bir zaman tanımayacaq.

Anews.az bu barədə BBC-yə istinadən xəbər verir.  

Ərdoğan bəyan edib ki, Yaxın Şərqdə "terror təşkilatlara yer yoxdur”. Beləliklə də o, ABŞ-ın bir həftə öncə silahlandırmağa başladığı kürdlər barədə fikrini bildirib. 

Bu fikir ayrılığına baxmayaraq, Ərdoğan və Tramp ikitərəfli münasibətlərin inkişafına dair müsbət rəy bildirərək bu münasibətləri möhkəmləndirməyi vəd ediblər. 

Mayın 9-da Tramp Suriyadakı kürd qruplaşmalarına silah və sursatın çatdırılmasını təsdiqləyib. Bu qruplaşmalar "Suriyanın demokratik qüvvələri” alyansının sıralarında "İslam dövləti” terror təşkilatının yaraqlılarına qarşı mübarizə aparırlar. 

Mayın 16-da Ərdoğan bəyan edib ki, kürdlərlə əməkdaşlıq yolverilməzdir. 

Türkiyə Suriya kürdlərini ABŞ, Britaniya və bir neçə Avropa ölkəsində qadağan edilmiş "Kürdistanın fəhlə partiyası” təşkilatının bir hissəsi hesab edir.

Ağ evdə bəyan ediblər ki, ABŞ Türkiyənin regionda təhlükəsizliyə dair narahatçılığını başa düşür. Amerika prezidentinin administrasiyasından bəyan ediblər ki, ABŞ əlavə təhdidin qarşısını almaqda və NATO müttəfiqlərini müdafiə etməkdə qərarlıdır.   

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol