• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ ətrafında nə baş verir? - ŞƏRH

Qarabağ ətrafında nə baş verir? - ŞƏRH
19.05.2017 10:38
Azərbaycan ordusu mayın 16-də işğal altındakı ərazidə Ermənistan ordusuna məxsus "OSA” zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birlikləri Ağdam və Tərtərin cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutublar.

"Qaynarinfo" xəbər verir ki, situasiyanı şərh edən "Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, Ermənistan tərəfi bununla demək istəyib ki, istənilən hücuma qarşı əks-hücumla cavab verəcək. Ancaq Ermənistanın bu əks-hücumları cəbhə bölgəsində problemlərin daha çox artmasına xidmət edir. Çünki, Azərbaycan ordusu da separatçıalrın əks-hücumlarını cavabsız qoymayacaq.

Mərkəz cəbhə bölgəsindəki gərginliyin artmasının bir neçə səbəbinin olduğunu bildirir:

Birincisi, danışıqlarda irəriləyiş yoxdur. Azərbaycan və Ermənistan xarici işlərin nazirlərinin ötən günlərdə Moskvada keçirilən görüşü də nəticəsiz qaldı.

İkincisi, Ermənistan ordusu əvvəlkitək Dağlıq Qarabağın ətrafında – işğal altındakı ərazilərdə hərbi təlimlər keçirir, hərbi istehkamlar qurur. Halbuki, rəsmi Bakı dəfələrlə Ermənistanı xəbərdar edib ki, Dağlıq Qarabağdan kənardakı hərbi istehkamlar vurulacaq. "OSA” zenit – raket kompleksinin vurulması da bu siyasətin tərkib hissəsidir.



Üçüncüsü, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi yay aylarında döyüş əməliyyatlarının aparılması üçün münbit şəraitin yaranmasıyla bağlıdır.

Dördüncüsü, vəziyyətin gərginləşməsinə Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi fəaliyyət də təsir edir. Ermənistan bir tərəfdən status-kvonu qorumağa çalışsa da, vaxtilə azərbaycanlıların yaşadığı şəhər və qəsəbələrdə köçürülmə həyata keçirir, infrastruktur layihələri reallaşdırılır. Halbuki, bütün həll planlarına görə həmin şəhər və qəsəbələr azad olunmalı və həmin yerlərə azərbaycanlılar qayıtmalıdırlar.

Separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər, müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasına İslam dünyası da pis qarşılayacaq.
 
 
Növbəti təxribat da atəşkəsə xidmət etmir. Erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar. Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün. Separatçıların sözlərinə görə, həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir. Erməni separatçılarının pula ehtiyacları olduğu halda bu cür bahalı konstuksiyanın tikintisinə niyə bu qədər önəm veriblər?
 
 
 

Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi tanıtdırmaq istəyirlər.

İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə "vandalizm” kimi qələmə verməyə çalışacaqlar.

Beləliklə, separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər. Müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasına İslam dünyası da pis qarşılayacaq.

Bütün bu addımlar cəbhə bölgəsindəki gərginliyin artmasına, 2016-cı il aprel hadisələrinin istənilən an təkrarlana biləcəyindən xəbər verir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol