• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qarşı erməni təxribatı

Azərbaycana qarşı erməni təxribatı
29.05.2020 07:09
Çinin Uxan şəhərində yerləşən Mərkəzi Pedaqoji Universitetdə təşkil olunan beynəlxalq mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb.
 
 
 
Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin universitetdə təhsil alan azərbaycanlı tələbələr ermənilərin işğal altındakı torpaqlarımızı Ermənistan ərazisi kimi göstərən xəritənin festivalda nümayiş olunacağını öyrəniblər. Tələbələrimiz bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırıblar. Diplomatik missiyamızın əməkdaşları festivalın təşkilat komitəsi ilə əlaqə yaradaraq, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol verilməməsinə çağırıblar.
 
 
Beləliklə, mayın 20-də keçirilən festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alınıb.
 
 
 
Azərbaycanlı tələbələr milli stendimizdə xalqımızın zəngin mədəniyyətinə, tarixinə, müasir inkişafına, turizm imkanlarına dair fotoşəkillər, kitab və jurnallar, milli geyimlər nümayiş etdiriblər. Bundan başqa, Bakıda keçirilən beynəlxalq tədbirlər və idman yarışları barədə əyani vəsaitlər, plakatlar da sərgilənib. Stendi ziyarət edənlər milli mətbəximizin nümunələrinin, habelə Azərbaycan istehsalı olan şərabların dadına baxıblar. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu "Ən yaxşı ölkə təqdimatı" nominasiyasında qalib olub.
 
 
Bundan başqa, ermənilər mayın 21-də Pekin Dillər və Mədəniyyət Universitetində təşkil olunan analoji festivalda da təxribata əl atıblar. Ermənistan pavilyonunda qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının asıldığını görən tələbələrimiz Azərbaycan səfirliyini məlumatlandırıb. Səfirliyin operativ müdaxiləsindən sonra təşkilat komitəsi Ermənistan pavilyonundan bu ölkəyə aid olmayan bütün eksponatların, o cümlədən qondarma rejimin bayrağının yığışdırılmasını təmin edib.
 
 
Universitetin məsul işçisi Azərbaycan diplomatı ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlıq edib, gələcəkdə bu cür halların təkrar olunmayacağını deyib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol