• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı hava limanı ilə bağlı növbəti erməni təxribatı

Xocalı hava limanı ilə bağlı növbəti erməni təxribatı
24.05.2017 20:50
Erməni separatçıları təkmotorlu təyyarələr vasitəsilə işğal altındakı Xocalı hava limanından Şuşaya hava reysləri təşkil etmək istəyirlər, adını da qoyublar: "ekstremal turizm”.


Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.


O, bunu təxribat adlandırıb: "Xocalı hava limanını neçə il əvvəl təmir ediblər, zəruri avadanlıqlar yerləşdiriblər. Ancaq uçuşlara başlaya bilmirlər, çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Təşkilat Dağlıq Qarabağın hava məkanının Azərbaycana aid olduğunu və icazəsiz uçuşların həyata keçirilə bilməyəcəyini bəyan edib”.


E.Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər: "Azərbaycan Xarici İşlər Nazirliyi dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır. Təyyarə reyslərinə "ekstremal turizmlə” başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə ardı gələcək. Buna yol vermək olmaz”.


Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı hava limanı ilə bağlı yeni məlumat yayıb. Belə ki, "Yell Extreme Park” layihəsi çərçivəsində hava limanından 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək. "Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub”, - deyə "Yell Extreme Park” layihəsinin rəhbəri Tiqran Çibuxçyan bildirib.


Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara rekonstruksiya olunan Xocalı hava limanından İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol