• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan sensasiyalı etiraf

Sarkisyandan sensasiyalı etiraf
26.05.2017 13:49
"Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: "Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”.

M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.

"Hakimiyyət fasiləsiz danışır ki, lazım olsa, Qarabağın müstəqilliyini tanıyacağıq. Müxtəlif anlar yaşandı, tanınma ilə hakimiyyətə ciddi tələblər edildi, hətta prezidentin istefa verməsi şəraiti yarandı. Lakin sonra Serj Sarkisyan möhtəkirlik etməyə başladı. Bildirdi ki, "əgər müharibə olacaqsa, biz tanıyacağıq”. Müharibə də oldu, lakin o tanımadı. Bu, heç vaxt olmayacaq da. Çünki Azərbaycan hüquqa malikdir. Biz yalnız o vaxt qalib gələ bilərik ki, Azərbaycan öz hüquqlarından məhrum olsun. Halbuki, 25 il ərzində onun hüquqları daha da möhkəmlənib. Aprel müharibəsi də göstərdi ki, Azərbaycan beynəlxalq hüquqda haqlıdır. Heç kim Bakını ittiham etmədi. Çünki Azərbaycan bəyan edir ki, bu, mənim ərazimdir. Nə qədər ki, Azərbaycanın bu hüquq qalır, biz heç nə edə bilmərik”, - deyə o vurğulayıb.

Sarkisyan təklif edir ki, Qarabağ ətrafındakı ərazilər qaytarılsın: "Yalnız o halda, Qarabağın statusu həll olunar. Başqa cür biz heç nə edə bilmirik”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol