• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-nun iclasında Qarabağdan danışdılar

NATO-nun iclasında Qarabağdan danışdılar
29.05.2020 07:38
Bu gün Tiflisdə keçirilən  NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində Təhlükəsizlik və mülki ölçü Komitəsinin iclası keçirilib.
İstiPress-in məlumatına görə, iclasda NATO-ya üzv olan ölkələrin, assosiativ üzv ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan  parlament nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Komitə iclasında Avropa İttifaqının Gürcüstan missiyasının rəhbəri Kestutis Yankauskas və  Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili çıxış ediblər. Tədbirdə tanınmamış Abxaziya və Cənubi Osetiyada keçirilən seçkilərə toxunulub, bu separatçı bölgələrin "silahlı qüvvələri”nin artıq Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olduğu bildirilib. Avropa İttifaqının Gürcüstandakı missiyasının rəhbəri Kestutis Yankauskas deyib ki, bu, ciddi problemdir.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri K. Tsixelaşvili bildirib ki,  Rusiya təbliğat üçün  vəsait əsirgəmir, Gürcüstanın da bu istiqamətdə kommunikasiya strategiyası var: "Amma bizə çox işləmək lazımdır”.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov K. Tsixelaşviliyə sual ünvanlayıb: "Siz Cənubi Osetiya və Abxaziya xəritəsini olduğu kimi təsvir etdiniz.  Azərbaycanın 20% torpaqları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Təəssüf ki, biz də oxşar problemi yaşayırıq və sizin problemlərinizi başa düşürük. Dağlıq Qarabağ problemi bu günə qədər hələ də öz həllini tapmayıb,  münaqişə illərdir ki, həll edilmir. Siz bu münaqişələrin həllini necə görürsünüz?”

Gürcüstanın dövlət naziri Dağlıq Qarabağ münaqişəsinin  yalnız sülh və dialoq yolu ilə həll olunmasını vacib sayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol