• $
  • €
  • ₽
  • ₺
  • £

NATO iclasında Ermənistan tənqid olundu

NATO  iclasında Ermənistan tənqid olundu
29.05.2020 02:10
NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən Elm və Texnologiya komitəsinin iclası keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda  Orta Şərqdə müharibələrin ekoloji tarazlığa  vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.
 
Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı  nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. M. İbrahimqızı Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib: "Bu gün toplaşdığımız Tiflis şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır və  təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənistan bu bölgələrdə mədəniyyət abidələri və təbii sərvətləri talayıb, ekoloji sistemə ciddi ziyan vurub. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu AES Cənubi Qafqaz ölkələri üçün təhlükədir. Metsamor AES Sovetlər dönəmindən qalmış  köhnə infrastrukturdan ibarətdir”. 
 
M. İbrahimqızı Dağlıq Qarabağ ərazilərində yetişdirilən narkotiklərin Avropaya daşındığını da qeyd edib.
 
NATO PA Elm və Texnologiya komitəsinin iclasında çıxış edən məruzəçi bu məsələnin bu gün beynəlxalq aləm üçün doğrudan da aktual və vacib olduğunu  vurğulayıb və təkrar çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin faktlara əsasən söylədiyi fikirləri bəyəndiyini bildirib. Eyni zamanda bu faktların ciddi narahatlıq yaratdığını qeyd edib. Komitə iclasında bildirilib ki, bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırmalar aparılmalıdır.
 
İclasdan sonra M.İbrahimqızı jurnalistlərə açıqlamasında bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib: "Artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki Böyük Cocuq Mərcanlı kəndi yaxınlığında meşələri yandırıblar və yanğın bu gün də davam edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol