• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanın ermənilərə güzəştə gedilməsindən 99 il ötür

İrəvanın ermənilərə güzəştə gedilməsindən 99 il  ötür
29.05.2017 23:15
Bu gün İrəvanın ermənilərə güzəştə gedilməsindən 99 il ötür. Məlum hadisənin il dönümü ilə əlaqədar Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İnstitutu  tədbir keçirib. 
 
Bununla bağlı   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində "İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi 29 may 1918 – ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinə həsr edilmiş "İrəvansız 99 il” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: "Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar.  Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”, - deyə layihə rəhbəri bildirib.
 
İrəvandan sonra Zəngəzur, Göyçə və Azərbaycanın  o zamankı Sovet hakimiyyəti tərəfindən ermənilərə verilib, ardınca da on minlərlə insan qətlə yetirilib, soyqırım törədərək, Dağlıq Qarabağ və ətraf rayonları  da işğal etməklə, bir milyondan çox insanın el-obasından məcburi köçkün düşməsinə səbəb olublar.
 
 Ardınca çıxış edən "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin, ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: "Biz bilirik ki, cənab prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda, Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu ilə torpaqlarını işğaldan azad eləsin ”.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol