• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Ermənistana sarsıdıcı zərbə

Bakıdan Ermənistana sarsıdıcı zərbə
29.05.2020 05:37
"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”.
 
 
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.
 
 
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: "Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.

Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır.

"Buna görə də müharibədə Qərb, xüsusilə də NATO heç bir dəstək verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda bu, belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir”, - deyə o bildirib.

İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər: "Çünki Bakı İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar Bakının İrəvan üzərindəki üstünlükləridir. əgər müharibə olacaqsa, Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq, Qərbdən üz döndərməsidir”.

Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol