• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın "Rusiya qorxusu"

Ermənistanın "Rusiya qorxusu"
07.06.2017 11:27
Erməni jurnalist Sarkis Artsruni yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkməyə başlayıblar.
 
Onun fikrincə, Rusiya agentlərinin Qarabağa baş çəkmələrinin əsas hədəfi buradakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əhval-ruhiyyəsini öyrənməkdir:

"Hazırda Qarabağ Rusiya xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana qaytarılması prosesini hazırlayır”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə, sözügedən məlumat dezinformasiya xarakteri daşıyır:

"Adətən, belə informasiyalara ehtiyatla yanaşmaq lazımdır. Bu, mənim bütün jurnalistlərdən təvəqqemdir. Çünki bəzən bir sıra xarici dövlətlər Azərbaycan məkanına dezinformasiya yayırlar. Sonra da Azərbaycanda həmin dezinformasiya ətrafında şərhlər verilməyə başlanılır. Rusiya agentlərinin işğal olunmuş ərazilərimizin Azərbaycana qaytarılması prosesini hazırladıqları barədə səslənən bu fikir o mənaya gəlir ki, guya Moskva Dağlıq Qarabağ münaqişəsini ölkəmizin xeyrinə həll etmək istəyir. Belədə həmin informasiyanı yaymaqla əslində, Azərbaycanı da rahatladırlar ki, Rusiyanın ölkəmizin xeyrinə iş görməsindən sevinək.

Halbuki, bu, belə deyil. Ona görə də həmin məlumatın informasiyadan çox dezinformasiya olduğuna şübhələnirəm. Bu, Azərbaycanın informasiya məkanına atılan bir dezinformasiyadır. Bu fonda həmin dezinformasiya ətrafında ajiotaj yaratmağımız özümüzə ziyandır. Ona görə də Ermənistandan ötürülən informasiyalarla bağlı son dərəcədə diqqətli olmaq lazımdır. Harda gördük ki, Rusiya Qarabağ konfliktinin həllini sürətləndirmək üçün addımlar atır? Onun əlaməti yoxdur. Yoxdursa, belə informasiyalara niyə inanmalıyıq ki?”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol