• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağla bağlı daha bir gerçək üzə çıxdı

Qarabağla bağlı daha bir gerçək üzə çıxdı
29.05.2020 01:38
Jurnalist Əkbər Mirzəzadənin "Azadlıq” Xalq Ordusu kitabının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, kitab "Bərdə taburları” silsiləsindəndir. 1992-ci ilin mart-iyul aylarında Tərtər-Ağdərə istiqamətlərində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və düşmən üzərində qələbə çalmış "Azadlıq” taburundan bəhs edir.

Bərdə rayon yerli hökumətin qəbul etdiyi qanuni qərar əsasında yaradılan konüllülərdən ibarət ilk hərbi hissə kimi bu batolyon tarixə öz möhürünü vurub və fəaliyyət göstərdiyi dövr ərzində ərazi bütövlüyümüz uğrunda mərdliklə döyüşüb.

Müəllif Ə.Mirzəzadə bildirib ki, kitabın yazılma səbəbi Bərdə batolyonuna qarşı illər əvvəl baş vermiş haqsızlıqdır: "Bu, mənim batolyonlardan bəhs edən sayca 7-ci kitabımdır. 7 ildir bu batolyon haqqında kitab hazırlayıram. Çünki onun üzərində atılmayan çirkablar qalmamışdı. Lakin həqiqəti heç kim dilə gətirmək istəmir.

Batolyon Bərdə rayon Xalq İcraiyyə komitəsinin qərarı ilə yaradılıb. Bu batolyonda mindən çox insan döyüşüb, 28 nəfər şəhid verib, onlarla insan müharibə əlilinə çevrilib. Bir neçə ay ərzində batolyon 700 nəfərə qədər erməni əsir götürüblər. Ancaq bu cür batolyon adına qara ləkə kompaniyası aparılıb. Batolyon haqqında ziddiyyətli məlumatlar verilib. Lakin məlumatları toplayandan sonra başa düşdüm ki, Qarabağ müharibəsində ən çox döyüşən batolyonlardan biri məhz "Azadlıq” batolyonu olub. Bu batolyon bir dəfə də olsun məğlub olmayıb. "Azadlıq” batolyonunun komandiri Ələmşah Məmmədov olub. O, 1992-ci ildə Milli Məclisdə çıxışı ilə necə millətsevər şəxsiyyət olduğunu göstərib. Öz arzusu ilə batolyon yaradıb, ən gərgin cəbhə bölgələrindən birində vuruşublar. Bu döyüşçülər Xocalı qətliamının intiqamını alıblar. "Azadlıq”, "Gəncə” və "Qurtuluş” batolyonları haqqında ermənilər film çəkiblər. Amma bu cür vuruşan batolyonun üzvlərindən 57 nəfər həbs edilib”.

Bərdə batolyon keçmiş bölük komandiri Gəray Əsədov bildirib ki, o dövrdə ordunun psixoloji durumunu Ələmşah Məmmədov qədər dərindən bilən bir insan olmayıb: "Bu cür şəxsiyyyətlər 100 ildə bir yetişir. Lakin savadsız cəbhə hakimiyyəti onun dəyərini bilmədi. Onlar Ə.Məmmmədovu arzuolunmaz insan adlandırdılar. Lakin bu insanlara lazımi dəyər verilmədi. 1992-ci ildən o və onun batolyonu Daxili İşlər Nazirinin əmri ilə döyüş bölgəsindən çıxarıldı. Üzvlərini həbsə aldılar, baxmayaraq ki, haqlarında bəraətedici dəlillər var idi. Ə.Məmmədov 1 il həbsdə qaldı, lakin ulu öndər hakimiyyətə gələndən sonra azad edildi. "Azadlıq” batolyonunda xidmət edənlərdə böyük vətən sevgisi olub. İllər keçsə də, bunu eitraf etməliyik. Onu ittiham edən şəxslər bu gün harada olduğu hər kəsə bəllidir. Lakin Ə.Məmmədov Azərbaycanın qəhraman oğlu kimi tarixə düşüb. Bu batolyonun götürüyü erməni əsirlərinin Xocalı şəhidləri ilə dəyişdirildiyini unutmamalıyıq”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı tarixən qəhrəmanlara qiymətin sonradan verildiyini və bu batolyonun da öz həqiqi dəyərini bu gün aldığını deyib: "Bu tədbir həm də ona görə vacibdir ki, bizim müharibəmiz hələ bitməyib. Bu müharibəni aparan bütün şəxslərə qiymət vermək lazımdır. Ələmşah Məmmədova qarşı haqsızlıq olsa da, o heç kimə qarşı incik deyildi. Bu cür insanlara tarix qiymət verir. Önə düşən, qəhrəmanlıq etmək insanlara qarşı hər zaman belə tənqidlər olub. 1992-ci ildə vəzifədə olanlar haradadır? Onlar haqqında belə tədbir keçirilsə, bu qədər insan gələrdimi? Lakin bu gün Ələmşah bəyin xatirəsinə bu qədər insan toplaşıb”.

Tədbirdə çıxış edənlər batolyonun komandiri Ələmşah Məmmədov və onun döyüş yoldaşları haqında xatirələrini bölüşüb və bu cür qəhrəmanlara daim diqqət göstərilməsinin, qiymət verilməsinin vacibliyindən danışıblar.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol