Ermənilər gecə Ağdamın kəndlərinə od vurub

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan kəndlərində növbəti dəfə yanğınlar törədiblər.
Anews.az APA-ya istinadən xəbər verir ki, yanğınlar ötən gecə boyu ermənilərin nəzarətində olan Baş Qərvənd və Şıxlar kəndlərində müşahidə olunub.
Yanğın gedən ərazilərdə tüstülənmə hələ də davam edir.
www.anews.az
























