• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da yeni Cekson-Venik qanunu hazırlanır

ABŞ-da yeni Cekson-Venik qanunu hazırlanır
14.06.2017 17:20
Qanun qəbul edilərsə Rusiyanın maliyyə və energetika sektorları maliyyələşmə problemləri ilə üzləşəcək

Rusiyanın maliyyə sistemi və energetika sektoruna təzyiqləri artırmağı planlaşdıran ABŞ-da yeni qanun layihəsinin qəbul edilməsi Rusiya maliyyə bazarlarında böhrana səbəb ola bilər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir qanunun qəbulu de-fakto olaraq yeni bir Cekson-Venik (Jackson-Vanik) düzəlişinin (qanunun) qəbulu demək olacaq. Bu açıqlamanı Nyu-Yorkda yerləşən "Principal Investors" investisiya şirkətinin Rusiya maliyyə bazarlarına investisiyalar üzrə portfel meneceri Kayl Şostak (Kyle Shostak) verib.

Qeyd edək ki, bu qanunun maddələrinin hazırda müzakirədə olan İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinə əlavə edilməsi gözlənilir. Qanun Rusiya banklarının maliyyələşmə müddətinin 90 gündən 14 günə, energetika şirkətlərinə isə ABŞ strukturları və fiziki şəxsləri tərəfindən maliyyələşmə müddətinin 30 günə endirilməsini nəzərdə tutur. Sənədin yaxın günlərdə qəbulu gözlənilir.

"Qanunun tətbiqinin fəsadları ağır ola bilər. Burada maliyyə sanksiyaları ilə bərabər neft-qaz sektorunun təchizatı, yeni avadanlıqların alınması və texnologiyaların əldə edilməsi imkanlarının məhdudlaşdırılması nəzərdə tututlub. Bu isə Rusiya iqtisadiyyatı üçün həssas mövzudur", - deyə K.Şostak qeyd edib. Ekspert bildirib ki, bu qanun yanvar ayında qəbul edilən dəyişikliklərlə müqayisədə daha genişdir.

Xatırladaq ki, Cekson-Venik düzəlişi senator Genri Cekson (Henry Jackson) və konqresmen Çarlz Venik (Charles Vanik) tərəfindən irəli sürülüb. Düzəliş beynəlxalq normalara riayət etməyən ölkələrə qarşı tətbiq olunub və onlarda istehsalı olunan malların ABŞ bazarına daxil olmasını əngəlləyib. Qanun 1975-ci yanvarın 3-də Prezident Cerald Ford (Gerald Ford) tərəfindən imzalanıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol