• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan son döyüş əmri

Sarkisyandan son döyüş əmri
16.06.2017 11:33
Ermənistanda hərbi vəziyyəti hökumət tətbiq edəcək

Serj Sarkisyan yenidən hakimiyyətə can atır.

Anews.az İstiPress-ə istinadən xəbər veir ki, Ermənistanda hərbi vəziyyəti indi prezident yox, hökumət tətbiq edəcək. Bəllidir ki, gələn ildən sonra dövlət başçısı İngiltərə kraliçası kimi yalnız təmsilçilik funksiyası daşıyacaq, hakimiyyət isə baş nazirin əlində cəmlənəcək. Serj Sarkisyan da məhz baş nazir olmaq istəyir və bunun üçün çox iş görüb. Hər şeydən öncə parlament seçkiləri keçirib.

Bu barədə Avropa İttifaqının Ermənistandakı səfiri Svitalski bunları demişdi: "Parlament seçkiləri seçki rüşvətləri və təzyiqlərlə yadda qalan oldu, özü də yalnız dövlət məmurlarına təzyiqlərlə kifayətlənmədilər. Seçkilər mükəmməllikdən çox uzaq idi”.

Bu, Ermənistanın hakim dairələrini çox əsəb yaradırdı. Dünən ədliyyə naziri David Arutunyan bildirib ki, xarici diplomatlar Ermənistanın seçki prosesinə qarışmamalıdırlar. "Bu, bizim daxili işimizdir” demişdi. Bəs, onda Avropa Birliyindən, MDB-dən olan müşahidəçi missiyaları nə olsun?

İndi Sarkisyanın cibində sözəbaxan parlament var. Daha sonra o, əsasən Qarabağdan olan adamlarını əsas vəzifələrə yerləşdirdi. İndiki baş nazir də Serj Sarkisyanın yerlisidir. Onu təyin edəndə hətta bilərəkdən dezinformasiya buraxmışdılar ki, o, kabinetində özünü gözdən salmış məmurlar olduğuna görə istefaya getmək istəyir. Amma sonradan baş nazir bəyan etdi ki, onun prezidentlə gözəl münasibətləri var və bir-birlərində ayrı yaşaya bilmirlər.

İrəvanda politoloqlar çoxdan deyirlər ki, Ermənistanın sayca üçüncü prezidenti sələfləri kimi hakimiyyətdən birdəfəlik getməyəcək, o, siyasi səhnədə qalacaq. Gələn ildən Ermənistan parlament respubilkası olacaq və baş naziri xalq seçməyəcək, onu sözəbaxan parlament seçəcək. Bu vəzifədə isə Sarkisyan ömrünün sonuna kimi otura bilər. Onda erməni xalqının axırı nə olacaq? Hə, bu, tamamilə başqa kinodur. Yerli ekspertlər sanır ki, heç nə yaxşı olmayacaq.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol