• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədə son vəziyyət: Polkovnik az öncə açıqladı...

Cəbhədə son vəziyyət: Polkovnik az öncə açıqladı...
29.05.2020 08:46
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Əsgərimiz şəhid oldu - Vətən sağ olsun!

Cəbhədə baş verən hadisələrlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovbildirib ki, hansısa bir qorxulu vəziyyət yoxdur:

"Cəbhədə hansısa bir dramatik vəziyyət yoxdur. Azərbaycan əsgərləri cəbhənin müxtəlif istiqamətlərində düşmənin gündəlik təxribatlarının qarşısını alır. Onların növbəti təxribatları nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. İndi hamı düşünür ki, cəbhədə nə baş verir? Bizim əsgərlərimiz öz mövqelərində dayanıblar. Sadəcə olaraq, əsgərlərimiz bir qədər diqqətli olmalıdır. Çünki ən xırda bir ehtiyyatsızlıq onların həyatı üçün təhlükə yarada bilər. Düşmən yatmayıb. Onlar ən xırda məqamlardan istifadə edib, ordumuza zərbə vurmaq istəyir.

Naxçıvanda baş verən təlimlərin də baş vermiş hadislərlə hər hansı bir əlaqəsi yoxdur.

Orada plan üzrə Azərbaycan Silahlı Qüvvələri təlimlər keçirir. Bu təlimləri də Müdafiə Nazirliyii, o cümlədən Naxçıvan Ali Məclisi izləyirlər. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə taktiki təlimlər yüksək səviyyədə keçirilir. Bildiyiniz kimi, bu təlimlər Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin 3-cü təlimidir. İki təlim daha öncə Türkiyə ərazisində keçirilmişdi. İndi isə burada keçirilir. Bundan sonra da bu təlimlərin davamı gələcək. Müdafiə naziri dünən çıxışı zamanı xəbərdarlıq etdi ki, Naxçıvanın müdafisəində ən peşəkar ordu dayanıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrində olan silahların ən güclü və müasirləri həmin ərazinin müdafiəsinə verilib. Buna görə də, düşmən narahatdır”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol