• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: Müharibəyə hazır olmalıyıq

Zakir Həsənov: Müharibəyə hazır olmalıyıq
16.06.2017 16:28
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib.
 
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və gənc leytenantların iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, Dövlət himninin ifası ilə başlayıb.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi barədə danışan müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb: "Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir, mütəxəssislərin hazırlığı və digər fəaliyyətlər davam etdirilir”.
 
Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.
 
Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. "Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalısınız. Ordu qarşısında bir vəzifə dayanır - müharibəyə hazır olmaq və torpaqlarımızı düşməndən azad etməklə ərazi bütövlüyümüzü təmin etmək”, - deyə general-polkovnik Z. Həsənov vurğulayıb.
 
Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol