• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün AŞPA-nın yay sessiyası başlayır
29.05.2020 08:44
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır. 

AzVision.az-ın məlumatına görə, sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belarusda vəziyyət, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi, nümayəndə heyəti təmsil edir. 
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə Paşayeva və Müslüm Məmmədov daxildirlər.

Sessiyada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun "İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol