• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva barədə yalan yayan kimlərdir?

Qənirə Paşayeva barədə yalan yayan kimlərdir?
02.07.2017 09:08
"Sosial mediada bir qrup tərbiyəsiz var, adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar. Harada, kimə demişəm bilən yoxdur, bunu haqqında sosial şəbəkələrdə yalan məlumatlar yayan bir qrup şəxs haqqında fikir bildirərkən millət vəkili Qənirə Paşayeva bildirib.
 
 
O özünün facebook səhifəsində yazdığı statusda daha sonra qeyd edib: "Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı bilmirəm amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükür, əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm. Bu qədər çirkinləşməyin. Amma təbii ki, bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz.
 
Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan sonra Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra (internetdə videoları da var) bir adamın hamının yanında yaxınlaşaraq türkcə siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm deyib əlini uzatdıqda hər kəsin içərisində "pasportunuzu verin baxım görüm sizin ad-familyanız nədir" deməliydim? İndi həmin vaxt tədbirdən yayılmış şəkillərin içindən seçib başına adımdan yalan yazılar yazıb paylaşıb guya mənə zərər vurmaq istəyir mənəviyyatdan yoxsul bəzi insanlar. Bir də ki, çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən, xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu onu da bilmirəm... Hər halda mən eşitməmişəm. Kaş bu ölkə üçün siz də bir şey etmiş olsaydınız bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim..." 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol