• $
  • €
  • ₽
  • ₺
  • £

Eks-icra başçısı: Prezident lap əcəb edib məni işdən çıxarıb

Eks-icra başçısı: Prezident lap əcəb edib məni işdən çıxarıb
03.07.2017 15:10
Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.

anews.az  xəbər verir ki, İ.Mehdiyev Ölkə.Az-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib: "Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!” 

Sabiq icra başçısı bundan sonra istirahət edəcəyini söyləyib: "Bundan sonra evdə oturub istirahət edəcəm. Hələ başqa işlər haqqında qəti düşünmürəm”.

İ.Mehdiyev Azərbaycanda və İsveçrədə var-mülk sahibi olması barədə yayılan məlumatlara da münasibət bildirib: "Məni tanıyanlar yaxşı bilir ki, Bakıdan kənarda heç nəyim yoxdur. Bakıda varım-yoxum cəmi bir bağım var.

Yazırlar ki, oğlumun İsveçrədə biznesi var və sairə. Oğlum Həsən uzun illər "BP” şirkətində çalışıb, Bakı-Novorossiysk neft  boru kəməri layihəsində yüksək vəzifədə işləyib, oranın rəhbəri olub, Şotlandiyada neft-qaz sahəsində çalışıb. Oğlum bütün ömrü boyu xarici neft-qaz şirkətlərində neftçi kimi işləyib. Misal üçün, oğlum "Total” şirkətinin İtaliyadakı layihəsinin baş mühəndisi olub. Bunu hər azərbaycanlı edə bilmir. Ancaq mənim oğlum bacarıb.

Oğlum Şimal dənizinin 250 kilometrliyində yerləşən neft-qaz yataqlarında tədqiqat işləri aparıb. Yəni, oğlum karyerası boyu sırf neft-qaz sahəsində çalışıb. Onun başqa kommersiya işləri yoxdur. Hazırda xaricdə yaşayan oğlum orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol