• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda meşəyə hücum

Azərbaycanda meşəyə hücum
03.07.2017 23:02
Bu il iyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "Qaz 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb (şəkillər). Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.
 
Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən meşə işçilərindən ETSN-yə şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.
 
Qeyd edək ki, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər. Onlar meşələri, yaşıllıqları min bir əziyyətlə qoruyurlar. Vicdanlı meşəçilər meşələri bütün varlığı ilə qoruyurlar, kimin buna vicdanı çatmırsa tez bir zamanda vəzifəsindən uzaqlaşdırılır.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol