• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli zabitlər Azərbaycana gəlib

Türkiyəli zabitlər Azərbaycana gəlib
29.05.2020 07:03
Bakıda səfərdə olan Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatı və Türkiyə Müharibə Veteranları Təşkilatının bir qrup nümayəndəsi Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

anews.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı qazilərin dəvəti ilə Azərbaycana səfər etdiklərini deyən Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş bildirib ki, səfər zamanı Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı bir sıra müzakirələr aparılacaq: "90-cı illərin əvvəllərində Qarabağda müharibə başlayan zaman mən Ankarada hərbi hava bazasının rəisi idim. Həmin ərəfədə Azərbaycanın hərbi nəqliyyat təyyarələri bazaya enmişdi.

Təyyarələr iki saat ərzində yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində SSRİ yazılmışdı. Bunu görən kimi dərhal əmr verdim ki, təyyarələrin üzərindəki o söz silinsin, əvəzinə isə "Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, eyni zamanda, Azərbaycan bayrağı həkk edilsin. İki saat ərzində təyyarələrin üzərinə "Azərbaycan Hərbi Hava Qüvvələri” yazıldı, Azərbaycan bayrağı həkk edildi”.

General-polkovnik qeyd edib ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub: "Biz eyni millətin iki dövlətiyik. Ayağım Azərbaycan torpaqlarına dəyər-dəyməz torpağı öpdüm. Çünki bu, türk adət-ənənəsidir. Bir türk başqa türk dövlətinə gedərkən oranın torpağını öpməlidir. Biz Türkiyə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman Azərbaycana dəstək verməyə hazırıq”.

Generalın sözlərinə görə, Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirməyi də planlaşdırırlar.

Qeyd edək ki, Türkiyə ordusunun ehtiyatda olan zabitləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə iyulun 7-dək Azərbaycanda səfərdə olacaqlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol