• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağda müharibə başlaya bilər" - Putinin səlahiyyətli nümayəndəsi

"Dağlıq Qarabağda müharibə başlaya bilər" - Putinin səlahiyyətli nümayəndəsi
29.05.2020 08:53
Dağlıq Qarabağ regionu yenidən "qaynar nöqtə"yə çevrilib. Tərəflərin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatına cavab olaraq düşmənin atəş nöqtələrinə zərbələrin endirildiyini bəyan edib. Rəsmi Bakı erməni hərbçilərini Füzuli rayonunda kəndi atəşə tutaraq bir qadın və bir uşağın ölümünə səbəb olmaqda ittiham edir.

Rusiyalı politoloq Sergey Markov hesab edir ki, region yenidən tammiqyaslı müharibə astanasındadır.

Unikal.org  xəbər verir ki, bu barədə o, НСН nəşri ilə söhbətində bildirib.

"Danışıqlar ümumiyyətlə heç getmir. Onlar praktiki olaraq dondurulub. Vəziyyət ondan ibarətdir ki, orada atəşkəs pozulub və bu, Azərbaycan tərəfdən qadın və eyni zamanda onun balaca nəvəsinin ölümü ilə nəticələnib. Bu, Azərbaycan cəmiyyətində böyük qəzəb doğurub və hakimiyyət buna reaksiya vermək məcburiyyətində qalıb və ona görə də onlar buna atəş açmaq şəklində qarşılıq veriblər. Və beləliklə biz hazırda elə bir vəziyyətdəyik ki, hərbi əməliyyatlar yenidən başlaya bilər", - deyə politoloq bildirib.

Ekspert hesab edir ki, 2016-ci ilin aprel hadisələri təkrarlana bilər:

"Çox güman ki, hər şey 2016-cı ildə, ciddi danışıqların başladığı bir vaxtda baş verən aprel müharibəsinin ssenarisi üzrə gedəcək. Bu danışıqlar demək olar ki, uğurla nəticələnmişdi, lakin son anda Ermənistan rəhbərliyi öz radikalları qarşısında qorxu səbəbindən bu razılaşmanı imzalamağa cəsarət etmədi".
Politoloqun fikrincə, Rusiya danışıqlar başlaması üçün Ermənistanı buna təhrik etməlidir. Yalnız bu, münaqişə zonasında gərginliyin aradan qalxmasına kömək edə bilər.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol