• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elektromaqnit impulslu silah istehsalına başlayır

Azərbaycan elektromaqnit impulslu silah istehsalına başlayır
11.07.2017 20:20
Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı müdafiə sənayesini əhəmiyyətli dərəcədə gücləndirməyə sövq edib.

anews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Defence Industry Bulletin" nəşrində dərc olunan məqalədə bildirilib. 

Azərbaycanın müdafiə sənayesi nazirinin baş müşaviri Azər Məmmədov nəşrə müsahibəsində deyib ki, ordumuzun daha güclü silahlarla təchiz olunması ilə yanaşı, böyük həcmdə silah və avadanlıqların ixracının artırılması istiqamətində səylər göstərilib. 

O, qeyd edib ki, məhz bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 59-cu yeri tutub, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

"Azərbaycan silahları NATO standartlarına uyğundur" - deyə nazirin baş müşaviri vurğulayıb.

A.Məmmədovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi 2020-ci ildə uzaq mənzilli raket sistemi və elektromaqnit silahların istehsalının həyata keçirilməsi üzərində işlər aparır. 

Məqalədə qeyd olunub ki, Azərbaycanın xarici tərəfdaşlarla inkişaf etdirmək istədiyi digər sektor pilotsuz sistemlərdir. Rəsmi Bakı üçün bu sektorda qurğuların alınması və İsrailə birgə istehsalı mühüm əhəmiyyəti daşıyır. 

Azərbaycanın Silahlı Qüvvələri "IAI Herons" istifadə edir, yerli istehsalçı olan "AZAD" müəssisəsi isə "Aerostar Tactical UAV Aeronautics Ltd" pilotsuz uçuş aparatları (PUA) istehsal edir. 

Azər Məmmədov, həmçinin təsdiqləyib ki, Azərbaycan İsraillə birgə istehsal olunan "Harop" dronlarından da istifadə edib. 

Onun sözlərinə görə, "AZAD" müəssisəsi hazırda "Zarba-1K" proqramının həyata keçirilməsinə diqqət ayırıb. Kəşfiyyat-zərbə PUA kumulyativ başlıqla təchiz olunub. Yaxın bir neçə ayda qurğunun sınaqdan keçirilməsinə başlanılacaq. 

Qeyd edək ki, kumulyativ başlıqlı PUA ki, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edərək məhv etmək iqtidarındadır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol