• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağı Azərbaycana qaytaracaq baş nazir

Qarabağı Azərbaycana qaytaracaq baş nazir
11.07.2017 18:50
Ermənistan parlamentində müxalifətçi "Çıxış” blokunun təmsilçisi Sasun Mikaelyan 2018-ci ildə baş nazir vəzifəsinə indiki prezident Serj Sarkisyanı seçməyi təklif edib.
 
İstiPress-in məlumatına görə, müxalifətçi deputat parlamentdə dünən etdiyi çıxışında bununla da məsuliyyətini bütünlüklə Serj Sarkisyanın boynuna qoyulmasının vacibliyini vurğulayıb. Sasun Mikaelyan üstüörtülü danışıb və bu məsuliyyətin nə olduğunu açıqlamayıb:

"Əgər biz iki ildə bir baş nazirləri dəyişəsi olsaq, onların heç biri nə xalq, nə də dövlət qarşısında məsuliyyəti öz üzərinə götürməyəcək”.

Erməni jurnalist Sarqis Arsruni "1in.am” portalına müsahibəsində həmin məsuliyyətin Qarabağla bağlı olduğunu bildirib. Arsruni düşünür ki, Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyət tərəfindən xalqların öz müqəddəratını etməsi hüququnun bir mənalı qarşılanmamasının, yəni qəbul edilməməsinin günahı Sarkisyandadır. 

Onun fikrincə, Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı öz mülkiyyətləri sayırlar. Onun fikrincə, 1998-ci ildə Robert Koçaryan hərbi çevrilişlə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində Qarabağla bağlı bütün səlahiyyətlər bu iki şəxsə keçib. Sarqis Arsruni düşünür ki, Serj Sarkisyan öz vəzifəsi üçün və Rusiyanın istəyi ilə Qarabağı Azərbaycana qaytara bilər. 

Bu variant rusiyalı jurnalist Mixail Belyayevin iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə edilmiş minaatan hücumu nəticəsində iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı bu yaxınlarda yazdığı məqalədə bildirilir. Mixail Belyayevin fikrincə, Azərbaycan Qarabağı öz nəzarətinə götürsə, bu, Rusiyanı qane edəcək:
 
"Azərbaycan ordusu yeni mövqelər ələ keçirəcək ki, mövqeləri möhkəmlənsin və danışıqlarda Ermənistan üçün yeganə çıxış yolu substantiv danışıqlara başlamaq olsun.  Hadisələrin bu cür inkişafı nəticəsində İrəvanın danışıqlarda mövqeyi zəifləyəcək ki, bu da müəyyən dərəcədə Rusiyanın regional maraqlarına uyğun olacaq".

Müəllif fikirlərini Ermənistanın maksimalist mövqeyi ilə izah edir:

"Rusiyanın regiondakı sülh məramı Ermənistanın maksimalist mövqeyi üzündən dalana dirənib. Ermənistan Bakının Dağlıq Qarabağın müstəqilliyini tanımasını şərt qoyaraq bir qarış belə torpaq azad etmək istəmir ki, bu da tamamilə qeyri-real ssenaridir".






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol