• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda böyük müharibə: ekspert erməni planını AÇDI

Qarabağda böyük müharibə: ekspert erməni planını AÇDI
12.07.2017 14:03
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı.

Publika.az xəbər verir ki, rəsmi məlumatda münaqişənin nizama salınmasında irəliləyişlərin əldə olunması üçün şəraitin yaradılması məsələsinin müzakirə olunduğu bildirilir.

Görüşdən öncə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdilər. Əslində bu çıxışlar dolayısı ilə görüşün atmosferinə də təsir edirdi.

Elmar Məmmədyarov çıxışında qəti şəkildə bildirdi ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Edvard Nalbandyan isə İrəvanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirərək, Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirdi. Nalbandyan bununla "atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasını nəzərdə tutur.

Nazirlər bu ilin sentybarında BMT-nin Nyu-Yorkda keçiriləcək baş assambleyasının iclası çərçivəsində növbəti dəfə görüşəcək.

Göründüyü kimi, Brüssel görüşü nəticəsiz başa çatdı və bu, qarşıdakı günlərdə münaqişə zonasında ciddi toqquşmaların ola biləcəyinə işarədir. Müharibə variantının gündəmə gəlməsi Ermənistanda təşvişə səbəb olub.

"Lragir” saytı yazır ki, təmas xəttində toqquşmalar hər an başlaya bilər.

"Rusiya "Kazan planı”ndan imtina etmədi və hesab olunur ki, Azərbaycana çatdırılan son silahlar da bununla bağlıdır. Görünür, Rusiya Ermənistanın razılaşması üçün əlindən gələni edir. Lakin bu, yalnız müharibə ilə mümkündür”, - deyə sayt qeyd edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol