• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftə sonra həyata keçiriləcək Qarabağ planı

Bir həftə sonra həyata keçiriləcək Qarabağ planı
14.07.2017 00:03
19-29 iyul tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma "DQR” rejiminin "parlamenti” "prezident” seçəcək.

Publika.az xəbər verir ki, bu ilin 20 fevral tarixində separatçı rejimin keçirdiyi "referendumun” nəticələrinə görə, "parlament” "DQR”-də keçid dövrünün "prezidentini” seçməlidir. Bu keçid dövrü 2020-ci ilə qədər nəzərdə tutulur.

Ermənistan mediası "yeni prezidentin” də Bako Saakyan olacağını yazır. Qondarma rejimin "yeni konstitusiyası” Saakyana hakimiyyəti 2020-ci ilə qədər əlində saxlamaq imkanı verir. Lakin onun hakimiyyətini 2030-cu ilə qədər davam etdirəcəyi də deyilir.

Bütün bunlar isə Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı”nın planlarıdır. Sarkisyan gələn il prezident səlahiyyətlərini təhvil verəcək, lakin onun ölkəyə nəzarəti əlində saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının rəhbəri olacağı deyilir. İşğal olunmuş Dağlıq Qarabağda qondarma rejimin möhkəmlənməsinə hesablanmış addımlar isə ümumilikdə "Qarabağ klanı”nın Qarabağ kartından istifadə edərək, Ermənistanda hökmranlığı davam etdirməsi planının əsas hissəsidir. Burada həm də Ermənistanın işğalçı rejiminin Azərbaycan torpaqlarını 2030-cu ilə qədər işğalda saxlamaq niyyəti də açıq görünür. Lakin Azərbaycan buna imkan verəcəkmi? Yaranmış situasiya və Azərbaycan Ordusunun zərbələri işğalçıların arzularının baş tutmayacağına əminlik yaradır. Digər tərəfdən, iyulun 19-29-da Ermənistanın Qarabağda oynadığı oyunlardan diqqəti yayındırmaq üçün cəbhədə yeni təxribatlara əl ata biləcəyi istisna deyil. İndiyə qədərki təcrübə də bunu deməyə əsas verir. Lakin hər-hansı təxribat olarsa, bu, Azərbaycan Ordusunun hərəkətə keçəcəyi deməkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol