• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan S-400 raketlərini alır

Azərbaycan S-400 raketlərini alır
17.07.2017 09:48
Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi "İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.

Publika.az xəbər verir ki, Azərbaycanın silah arsenalında olan "Favorit” S-300PMU-2 və "Barak 8” raket sistemləri "İskəndər”in qarşısını almaq gücündədir.

Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

 Digər tərəfdən, Ermənistandakı "İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, "İskəndər”lər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil deyil: "Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket kompleksinin tətbiqi gündəmə gələrsə, mümkün olmayacaq. Kalininqradda olduğu kimi, Ermənistanda da "İskəndər”lərin istifadəsi ilə bağlı əmri yalnız Putin verə bilər”.

S.Artsruni qeyd edir ki, "İskəndər”lər yalnız mifdir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Bu qorxunun mənbəyi Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin imzalanmasıdır.

Siyasi şərhçi Akop Badalyan yazır ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər.

"Türkiyə bu raket kompleksini Azərbaycana məhz "İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana "İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”, - deyə o qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol