• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda müharibəyə ciddi hazırlıq gedir

Ermənistanda müharibəyə ciddi hazırlıq gedir
17.07.2017 14:50
Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır və müstəqil ekspertlər bunu müharibə hazırlığı kimi dəyərləndiriblər.

İstiPress-in məlumatına görə. hərbi kredit barədə «Azadlıq» radiosunun erməni redaksiyasına Ermənistan maliyyə naziri Vardan  Aramyan bildirib. Nazir hansı məbləğdən söhbət getdiyini bildirməsə də müzakirələrin bu ildən başlandığını bildirib.

Erməni şərhçi Sarqis Arsruni "1in.am”da yazdığı "Yeni müharibəyə hazırlıq: Ermənistan üçün yeni hərbi kredit”məqaləsində Rusiyanın daxili bazar qiymətləri ilə silahlar almaq üçün İrəvanın Moskvanı şantac etdiyini və bunun üçün NATO ilə əməkdaşlıqdan istifadə etdiyii bildirib: "Ola bilər ki, Ermənistanın məqsədi NATO ilə tərəfdaşlığı dərinləşmək deyil, sadəcə bu cür addımlarla Rusiyanı yeni hərbi kredit məsələsində güzəştlərə razı salmaqdır”.

Müəllifin fikrincə, ruslardan silah almaq istəyən Ermənistan silahlanma yarışına qoşulur və özü də bilmədən Azərbaycanın aldığı silahları legitimləşdirir. Amma bu Ermənistanın büdcəsi üçün yeni problemlər yaradır:"Yeni kreditin alınması Ermənistan iqtisadiyyatı üçün mənfi təsir göstərir, hazırda Azərbaycanın xarici borcu 6 milyard dolları keçir. Yeni kredit də bizim iqtisadi imkanlarımızı artırmağa yönəlməyib”.

Yəni bu kredit Ermənistanda onsuz da ağır olan vəziyyəti daha da dərinləşdirəcək. Ermənistanın vəziyyətdən çıxış üçün yalnız bir yolu var - işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək. Lakin Ermənistan bunu etmək niyyətində deyil.  Dünən efirə nümayişkaranə şəkildə hərbi geyimdə çıxan  Serj Sarkisyan yaxın 20 il ərzində Ermənistan ordusunun tutduğu torpaqları tərk etməyəcəyini bildirib.
 
Böyük ehtimalla Ermənistan prezidenti yaxın 20 ildə hakimiyyətdə qalmağı qarşısına məqsəd qoyub. Ölkənin parlament respublikasına çevrilməsi də Serj Sarkisyanın baş nazir kimi istənilən qədər hakimiyyətdə qalmasını təmin edəcək. Bir vaxtlar Serj Sarkisyan baş nazir olmaq niyyətinin olmadığını bəyan etsə də, hazırda bu barədə dəqiq bir cavab vermirvə bu barədə hələ ki, fikirləşdiyini bildirir. Yəqin ki, onun hakimiyyətdə qalması status-kvonu saxlayıb-saxlamayacağı ilə bağlı olacaq. Rusiyadan kredit istəməsi də buna hazırlıqdır.

Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusundan çox zəifdir. Bu, Azərbaycan müdafiə naziri Zakir Həsənovun "RİA Novosti”yə verdiyi müsahibədə də vurğulanıb.  Aprel döyüşlərindən danışan nazir Azərbaycanın işğal altında olan əraziləri üç günə təmizləyə biləcəyindən danışıb:

"Ermənilər bilir ki, əgər heç kim kənardan işə qarışmasa, onlar üç gün də duruş gətirməyəcəklər. 2016-cı ilin aprel ayında belə olmuşdu. Əgər onda bizi dayandırmasaydılar, onların müqavimətini çoxdan qırmışdıq. Düşmənin illərlə möhkəmləndirdiyi müdafiəni cəmi 40 dəqiqəyə keçdik… Bu, geniş miqyaslı müharibə tapşırığı deyildi. Bizim ordunun 15-20 faizi hərəkətə gətirilmişdi”.
 
Zakir Həsənov erməni tərəfinin atəşi dayandırmaq üçün Moskvanı vasitəçi saldığını bildirib: "Üç gün bizim mövqelərə hücum etdilər. Halbuki, artı ikinci gün müvafiq Rusiya qurumlarını vasitəçi saldılar. Məsələn, mənə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng eləmişdi. O mənə dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi də bu barədə danışacaq. Sonra Rusiya  Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş Qərargah rəisinə zəng elədi. Sonra aydın  oldu ki, erməni tərəfi vaxt udmaq, yenidən qruplaşhmaq və zərbə endirmək niyyətindədir. Amma onlarda bu alınmadı».

Göründyü kimi, Ermənistanın dinc yolla əraziləri tərk etmək fikri yoxdur və hətta danışıqları da müharibədə vaxt udmaq üçün istifadə etməyə çalışır. Buna görə Azərbaycanın münaqişənin həlli üçün hərb yolunu seçməkdən başqa varinatı qalmır. Azərbaycan rəhbərliyi bu məsələni daima diqqət altında saxlamalıdır.

Çingiz Rustəmov
İstiPress 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol