• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlu həbs olunan generaldan sərt xəbərdarləq

Oğlu həbs olunan generaldan sərt xəbərdarləq
19.07.2017 15:02
Xəbər verdiyimiz kimi, bir həftə əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.

Məlumat üçün bildirək ki, generalın oğlunun döydüyü sürücü "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında  "Xaliq Faiqoğlu" MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.

Milli.Az xəbər verir ki, bu gün Novruzəli Orucov qafqazinfo ilə əlaqə saxlayaraq oğlunun  "Xaliq Faiqoğlu" şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki,  "Xaliq Faiqoğlu" şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: "Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü  ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki,  guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.

Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm.  Əksinə, ona heç bir iradım yoxdur.  Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var".

Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:

"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq".

N. Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib:

"Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu  yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin  vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".

General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb:

"Mən  heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol