• $
  • €
  • ₽
  • ₺
  • £

Numan Kurtulmuş: Türkiyə Qətər ətrafında böhranın həllində vasitəçi ola bilər

Numan Kurtulmuş: Türkiyə Qətər ətrafında böhranın həllində vasitəçi ola bilər
20.07.2017 11:30
Türkiyə Qətər ətrafında böhranın həllində vasitəçilik missiyasını öz üzərinə götürə bilər.

anews.az-ın APA-ya istinadla məlumatına görə, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu barədə "Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

"Səudiyyə Ərəbistanı Qətərə qarşı irəli sürülən tələblərə yenidən baxmalı, Qətər isə danışıqların başlanmasına imkan verəcək konstruktiv mövqe nümayiş etdirməlidir. Bu halda Türkiyə böhranın həllində vasitəçilik missiyasını öz üzərinə götürə bilər”, -deyə N.Kurtulmuş qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 23-24-də Qətər, Küveyt və Səudiyyə Ərəbistanına səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib.  Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, "Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol