• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Qarabağı ikinci Krıma çevirir

Moskva Qarabağı ikinci Krıma çevirir
29.05.2020 04:08
ATƏT-in Minsk qrupunun digər həmsədrləri Azərbaycan və Ermənistanı danışıqlar masasına oturda bilmədiyindən Moskva bu məsələlə əsas vasitəçiyə çevrilir.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirilyini (XİN) təmsil edən yüksək çinli mənbə Rusiyanın "İzvestiya” qəzetinə müsahibəsi zamanı bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin ilin sonuna nəzərdə tutulan görüşü barədə danışan mənbə deyib:

"Bu məsələdə yalnız biz iştirak edirik. Fransızlar bir il qabaq İrəvan və Bakını danışıqlar masasının  arxasında oturtmağa çalışdılar, amma heç bir fayda vermədi. Amma dialoqun davam etdirilməsi prinsipial önəm kəsb edir. Məhz bunun hesabına regionda tammiqyaslı müharibə baş verməyib”.

"Müxtəlif format və meydançalara qaçmağa, regiondan 10 min kilometr aralıda yerləşən ölkələrlə məsləhətləşməyə ehtiyac yoxdur. Qonşularla anlaşmaq lazımdır. Bu məsələdə Moskva ilə koordinasiyanı gücləndirmək lazımdır”."İzvestiya”da dərc olunmuş həmin məqalədən belə anlaşılır ki, Fransanın oyundan təbii yolla çıxmasının ardından Moskva ABŞ-ı danışıqlar prosesindən çıxarmaq istəyir. Məsələn, Rusiya Dövlət Dumasının MDB, həmvətənlərlə Avrasiya inteqrasiyasi məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov "İzvestiya”ya müsahəbsində bu məsələni vurğulayıb:

Regiondan 10 min kilometr aralıda yerləşən məsləhət ölkəsi ABŞ-dır və Kalaşnikov birbaşa ABŞ-a işarə vurur. Belə görünür ki, Hamburqda Putin və Trampın görüşündən sonra Rusiya Qarabağ münaqişəsi üzrə vasitəçilik missiyasını öz üzərinə götürməyi qərara alıb. "İzvestiya”da dərc olunan məqalə bu məsələnin anonsu ola bilər. Ümumiyyətlə, "İzvestiya” lazım gələndə Kreml üçün vacib olan materialları dərc edən qəzetlərdən biridir. 


Ola bilər ki, Trampla söhbətdən sonra Putində Qarabağ münaqişəsini sovetsayağı, yəni güc tətbiqi ilə həll edə biləcəyinə inam yaranıb. Erməni mətbuatını izlədikdə, bu həll variantının Azərbaycan üçün elə də xoş olmayacağını ehtimal etmək olar. Son günlər Rusiya ilə Ermənistan arasında Qarabağ məsələsi ilə bağlı hansısa sövdələşmənin getdiyi sezilir. Məsələn, bir ay qabaq NATO və Avropa Birliyi ilə əməkdaşlığın bərpasının vacibliyindən bəhs edən Serj Sarkisyan bu günlərdə "Armeniya” telekanalının "R-Evolyusiya” verilişində çıxışı zamanı tamamilə əks mövqe nümayiş etdirib. "Qərblə daha sıx münasibətlər mümkündürmü? Məgər NATO-da qollarını açıb bizi qucaqlarına basmaq üçün gözləyirlər?” - deyə sual vermişdi.

Göründüyü kimi, Azərbaycan üçün yeni problem yaranır. Nəzəri cəhətdən Rusiya Qarabağı ilhaq etmək üçün Qarabağ xanlığı ilə Rusiya arasında bağlanmış müqaviləni əsas gətirilə bilər. Son günlərdə ermənpərəst rus KİV-lərində bu məsələnin qabardılması da təsadüfi deyil.Həmçinin, "1in” portalının yazdığına görə, Ermənistan hazırda Qarabağ münaqişəsinin Krımın ilhaqı ilə eyniləşməsinə çalışır. Məsələn, 9-16 iyul günlərində Minskdə ATƏT-in Parlament Assambleyasının 26-cı sessiyasında Rusiyanı Krımın ilhaqından əl çəkməyə çağıran qətnamə qəbul edilib. Sənədin qəbul edilməsinə ATƏT-in Parlament Assambleyasının 91 üzvü səs verib, 16 nəfər isə buna etiraz edib. Sənədin əleyhinə səs verənlər Rusiya və Ermənistan nümayəndələri olub. Portalın yazdığına görə, Qarabağ və Krım problemlərinin eyniləşdirilməsi Rusiyanın imperiya ambisiyaları ilə bağlıdır və Ermənistanda Qarbağı Rusiyanın tərkibində görmək istəyənlər çoxdur. Qarabağ münaqişəsinin ideoloqlarından biri, başabəla yazıçı Zori Balayan da Krımın ilhaqından sonra Putinə məktub yazaraq Qarabağı da ilhaq etməyi  xahiş etmişdi.

Çingiz Rüstəmov




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol