• $
  • €
  • ₽
  • ₺
  • £

Soçidə erməni barmağı qırıldı

Soçidə erməni barmağı qırıldı
24.07.2017 17:45
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşdü. Gözlənilməz görüş idi, daha doğrusu, görüşün planlaşdırıldığı haqda əvvəlcədən ictimaiyyətə məlumat verilməmişdi. Lakin iki ölkə liderinin isti münasibətləri fonunda Soçidə gözlənilməz görüşün keçirilməsi təəccüblü deyildi.

Görüş bir sıra amil baxımından diqqət çəkir:

Azərbaycan-Rusiya münasibətlərində strateji tərəfdaşlıqdan başlamış, humanitar sahələrlə də dərin əməkdaşlıq mövcuddur. Soçi görüşü bu əməkdaşlığın daha da möhkəmlənməsi, ikitərəfli münasibətlərdə anlaşılmaz olan məqamların yenidən gözdən keçirilməsi və aradan qaldırılması üçün əhəmiyyətli idi.

Xüsusilə Rusiyada erməni diasporu və lobbisinin Bakı və Moskva arasında mnasibətləri pozmaq cəhdlərinin qarşısının alınması görüşdə əsas məsələlərdən biri olub. Belə ki, bir müddət öncə Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı Rusiya məhkəməsi tərəfindən ləğv olundu. Ardınca Rusiya Xarici İşlər Nazirliyi Bakıya qarşı bir sıra anlaşılmaz bəyanatlar səsləndirdi. Bununla yanaşı, Lapşin məsələsinə görə iki ölkə arasında soyuqluqlar yarandı. Məlum idi ki, ortada erməni barmağı var və düşmən Bakı-Moskva münasibətlərinə "çomaq soxmaq istəyir”. Hətta Soçi görüşündən bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin "Rusiya və Azərbaycanın arasında "qara pişik keçib” deməsi də göstərir ki, İrəvan Bakı-Moskva xəttini qırmaq üçün hər şey edir və bu xətdə yaranan kiçik problemi belə sevinclə qarşılayır. Lakin Əliyev-Putin görüşü "üçüncü qüvvələri” sıradan çıxartdı və hər şeyi Azərbaycanın xeyrinə dəyişdi.

Görüşün Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən öncə olması, həmçinin, Soçidə İlham Əliyevlə Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi diqqət çəkir. Görüşdə Qarabağda mövcud status-kvonun davam etməyəcəyi haqda aparılan müzakirələr də prezidentlərin görüşündə Bakının əlinin güclü olacağı ehtimalını artırır. Hesab etmək olar ki, Rusiya münaqişənin həlli ilə bağlı aparılan danışıqları dalandan çıxararaq, canlandıracaq. Və burada Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə apardığı müzakirələr əhəmiyyətlidir.

Ümumilikdə, Soçi görüşünü üç aspektdən dəyərləndirmək olar: ikitərəfli münasibətlərin inkişafı; erməni barmağının "qırılması”; Dağlıq Qarabağ münaqişəsinin həlli.

Prezident İlham Əliyevin Soçi səfəri hər üç aspektdən Azərbaycanın qazanclı çıxmasına səbəb olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol