• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbandyan gözlənilmədən Azərbaycana gəldi

Nalbandyan gözlənilmədən Azərbaycana gəldi
25.07.2017 10:49
İyulun 20-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan gözlənilmədən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nalbandyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma "DQR” rejiminin "prezidenti” Boka Saakyanla görüşüb. Müzakirələr əsasən qapalı keçirilib.

Nalbandyan işğal olunmuş Kəlbəcər rayonunda "Qandzasar777” (Gəncəsər) dini mərasimində iştirak edib. Lakin bu, səfərin məqsədini gizlətmək məqsədi daşıyırdı.

Səfərin pərdəarxası

Erməni nazirin Prezident İlham Əliyevin iyulun 21-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən bir gün öncə Azərbaycan torpaqlarına qəfil səfəri diqqət çəkir. Soçi görüşü İrəvanın arzularının əksinə olaraq, Bakı-Moskva münasibətlərinə yeni stimul verdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi də xüsusi önəm daşıyır.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Nalbanyanın Soçi görüşündən bir gün öncə gözlənilmədən Qarabağa gəlməsi İrəvanın müəyyən qorxularının olduğunu göstərir: "Görünür, Ermənistan hakimiyyəti Soçi görüşünün keçiriləcəyi haqda məlumatlı olub və İrəvanda Qarabağla bağlı qorxular var. Nalbandyan da Qarabağa gələrək müəyyən müzakirələr aparıb”.

Nalbandyanın konkret nələri müzakirə etdiyi bəlli olmasa da hesab etmək olar ki, Qarabağ ətrafında Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlar Ermənistanı narahat edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol