• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunda kütləvi davalar

Ermənistan ordusunda kütləvi davalar
27.07.2017 21:26
Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur. Əsgərlərin yaxın qohumları və dostlarının "Facebook” sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub.

Məlumata əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin ("Facebook”da paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında "dedovşina” hallarının artması göstərilir.

Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların "botinka”larını təmizləməyi tələb etmişlər.

Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.

Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol