• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı general: “Qarabağda vəziyyət müharibə ərəfəsindədir”

Rusiyalı general: “Qarabağda vəziyyət müharibə ərəfəsindədir”
29.07.2017 11:12
Anews.az xəbər verir ki, bunu Milli.Az-a müsahibəsində SSRİ və Rusiya xüsusi xidmət orqanlarının əfsanəvi kəşfiyyatçısı və tanınmış jurnalist, istefada olan general-mayor, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru və Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Georgiyeviç Kobaladze deyib.

Y.Kobaladze qeyd edib ki, şəxsən o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin necə həll edilməsinin mümkün olduğunu bilmir: "Bilmirəm, mənim reseptim yoxdur. Əvvəla, hesab edirəm ki, əgər sən erməni və ya azərbaycanlı deyilsənsə, bu məsələyə qarışmaq və qiymət vermək çox təhlükəlidir. Bu, orda da, Azərbaycanda da suallar doğuracaq. Amma kənardan baxanda bir şey aydındır ki, vəziyyət heç də normal deyil və müharibə ərəfəsindədir. Kimin haqlı, kimin günahkar olduğu barədə təbii ki, mənim öz fikrim var, amma onu kütləvi şəkildə açıqlamaq istəmirəm”.

Tanınmış kəşfiyyatçı-jurnalistin fikrincə, bu münaqişəni həll etmək lazımdır, lakin bunu etmək çox çətin olacaq: "Gec-tez bütün münaqişələr bitir. İstənilən müharibə sülhlə başa çatır. Amma bu münaqişənin dərin tarixi kökləri var və onu həll etmək heç də asan deyil. Lakin onu da nə vaxtsa həll etmək lazımdır. Necə? Mən bu barədə resept vermək və necə etmək lazım olduğunu söyləmək üçün o qədər də ağıllı deyiləm. Üstəgəl, situasiyaya da tam hakim deyiləm”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol