• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni müharibə ocağı

Azərbaycanda yeni müharibə ocağı
29.07.2017 22:08
ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı qəbul edilmiş sanksiyalar iki dövlət arasında hibrid müharibələr şəbəkəsini genişləndirə bilər və Azərbaycan da bu şəbəkə müharibəsinin hədəfinə çevrilə bilər.

İstiPress-ə bu barədə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ və Rusiya arasında münaqişə üçün yetərincə çox səbəb var:

"Hər iki ölkə arasında yetərincə ciddi anlaşılmazlıqlar var. Rusiya ABŞ səviyyəsində güclü olmasa da, Ukraynada və Yaxın Şərqdə bir-birlərinə qarşı ciddi mübarizə aparırlar. Təbii ki, birbaşa, öz ərazilərində toqquşmasalar da bunu dolayısı ilə hibrid müharibə şəklində başqa ölkələrin ərazisində aparacaqlar".
Tofiq Abbasovun fikrincə, bu məsələdə İŞİD kimi qruplaşmalardan istifadə edə bilərlər: "Bu təşkilat qarşısına İraq və Suriya ərazisində dövlət qurmağı məqsəd qoymuşdu. İndi onu oradan çıxarırlar. İŞİD rəhbərləri son açıqlamalarında hədəf olaraq postsovet məkanını - Qafqaz, Volqaboyu və Orta Asiya regionlarını hədəf olaraq göstəriblər. Yəni, Azərbaycan da təhlükə hədəfinə çevrilə bilər və rəsmi Bakı buna əks addımlar atmalıdır".

"Hər iki ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Hər iki ölkə atom sihalına malikdir. Buna görə real müharibədən söhbət gedə bilməz.  Politoloq, Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Fikrət Sadıqov isə İstiPress-ə müsahibəsində iki ölkə arasında münasibətlərin "soyuq müharibə" şəklində davam edəcəyini vurğulayır:

Fikrət Sadıqovun fikrincə, sanksiyaların təsir edə biləcəyi  dövlətlərin siyasında Azərbaycan istisnadır: 

"Sanksiyalar bir çox dövlətlərin maraqlarına toxuna bilər. Bəzi şirkətlərə zərər dəyə bilər Amma düşünmürəm ki, bu, birbaşa Azərbaycanın maraqlarına toxunacaq. Həm də ABŞ Konqresi sanksiyalara baxan zaman Avropa xahiş etdi ki, onun şirkətlərinin layihələrinə dəyilməsin. Azərbaycan da həmçinin bu cür tədbirlər sayəsində layihələrini xilas edib".

Politoloq bu məsələdə haqlıdır. ABŞ Konqresinin qəbul etdiyi qanunda bir istisna var, sanksiyalar Rusiya şirkətlərinin payının 33 faizdən az təşkil etdiyi layihələrə şamil edilməyəcək. "Lukoyl”un "Şahdəniz-2”dəki payı 10 faizdir. Buna görə də nə "Şahdəniz-2”, nə də Cənub Qaz Dəhlizi layihələrinə problem yaranmayacaq.
 

Çingiz Rüstəmov 
stiPress  







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol