• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycan sərhədlərinə ordu yeritməyə hazırlaşır

ABŞ Azərbaycan sərhədlərinə ordu yeritməyə hazırlaşır
01.08.2017 09:58
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını pozmaq üçün yeni üsullar axtarır.

Publika.az xəbər verir ki, indiyə qədər Trampın təhlükəsizlik üzrə köməkçiləri Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxması üçün heç bir variant tapa bilməyiblər. Bundan məyus olan Tramp sazişi pozmaq üçün ciddi bəhanə axtarışındadır.

"The Nyu York Times” nəşri yazır ki, Amerika rəsmiləri artıq müttəfiq ölkələrə İranla razılaşmadan imtina etməyə hazır olmaq haqda xəbərdarlıq edib.

Diplomatik mənbələrin məlumatına görə, ABŞ Vyanada xarici inspektorlarla İranın nüvə tədqiqatlarının aparıldığı ehtimal edilən hərbi obyektlərinə giriş imkanlarını araşdırır. Vaşinqtonun bu addımı Obama dövründə bağlanan razılaşmalardan imtinaya əsas yaratmaq məqsədi daşıyır. Belə ki, İran hərbi obyektlərə girişə qadağa qoysa, ABŞ bu bəhanəni tapacaq. Çox güman ki, bu, belə də olacaq.

Nəşr yazır ki, Trampın razılaşmadan imtina etmək üçün kifayət qədər əsası var. Xüsusilə Senatda respublikaçılar üstünlük təşkil edir və bu, razılaşmanın ratifikasiyasına mane olmaq üçün yaxşı imkandır.

İki rəsmi şəxsin sözlərinə görə, Tramp komandasının ona sazişdən imtina etmək variantları təqdim edəcəyini gözləyirdi. Lakin bu, baş vermədi.

"Biz çox ətraflı tədqiqatlar aparırıq”, - deyə Tramp "The Wall Street Jorunal” nəşrinə müsahibəsində bildirib.

Bəzi ekspertlər hesab edir ki, ABŞ-ın razılaşmadan imtina etməsi özünü bu məsələdə təcrid vəziyyətinə salması ilə nəticələnə bilər.

"Lakin görünür, Tramp qərarında israrlıdır və İrana müdaxilə, eləcə də bu ölkəni təcrid etmək üçün bütün variantlardan istifadə edəcək”, - deyə nəşr vurğulayır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol