• $
  • €
  • ₽
  • ₺
  • £

Mayk Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

Mayk Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”
01.08.2017 18:00
"Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək istəyən ölkələrə hər zaman sərt cavab verəcək”.
 
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.
 
M. Pens Gürcüstanda çoxmillətli hərbi təlimlərin keçirildiyini xatırladaraq bildirib ki, bu, Gürcüstana öz müdafiə qabiliyyətini artırmağa imkan verir və ABŞ-ın dəstəyinə dair nümunələrdən biridir: "Prezident Tramp və mən Gürcüstanın NATO üzvü olacağına dair 2008-ci il Buxarest sammitinin bəyanatını dəstəkləyirik. Gürcüstanın bir sıra NATO ölkələrini ötərək öz Ümumi Daxili Məhsulunun 2 faizini hərbi sahəyə ayırması da çox müsbətdir. Bu, ölkənin ağır reallığı ilə bağlıdır”.  
 
M. Pens Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu və 40 km aralıda Rusiya tanklarının dayandığını vurğulayıb: "Bir daha qeyd edirəm ki, ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Təhlükəsizlik sahəsində əməkdaşlıqdan başqa, biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. ABŞ yeni yollar axtarışını davam etdirəcək və bunun nəticəsində biz nəinki Gürcüstanın müdafiə qabiliyyətini möhkəmləndirəcəyik, eyni zamanda iqtisadi dəstək də verəcəyik, bu isə yeni iş yerlərinin yaranmasına, iqtisadi inkişafa kömək edəcək. Və mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol