• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın ikinci “QARABAĞ SSENARİSİ”

Ermənistanın ikinci “QARABAĞ SSENARİSİ”
02.08.2017 09:47
Ermənistan ABŞ-dakı erməni lobbisinin köməyilə Gürcüstanın Samsxe-Cavaxeti bölgəsini ələ keçirir.

Publika.az xəbər verir ki, "kavkazplus” saytı erməni lobbisinin Gürcüstan üzərindəki işğalçı oyunlarını araşdırıb.

Araşdırmada deyilir ki, Gürcüstanda erməni lobbisinin potensialını qiymətləndirmirlər: "Hərçənd, Gürcüstanın bütün bədbəxtliklərinin arxasında erməni lobbisi dayanır. Bu gün gürcü torpaqlarının işğalına görə Rusiya ittiham olunur, halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrovun (Kələntərov) erməni əsilli olduğu unudulur. ABŞ-da erməni lobbisi yəhudi lobbisindən sonra ikinci nüfuzlu güc hesab olunur. Ermənilər super gücün xarici siyasətinə təsir edə bilirlər. Bu baxımdan, erməni lobbisinin ABŞ, ümumilikdə Qərb ölkələrinin köməyi ilə Gürcüstanda öz maraqlarını həyata keçirdiyi şübhəsizdir. 

Gürcüstanda ABŞ və Qərb ölkələrinin nümayəndələri yüksək səviyyədə qəbul olunur, onlara bütün qapılar açılır. Bu faktoru erməni lobbisi yaxşı anlayır və Vaşinqtondakı nüfuzlarından Gürcüstana qarşı dağıdıcı hücum üçün faydalanır. Gürcüstan üzərində cari hədəf Samsxe-Cavaxeti bölgəsini ələ keçirməkdir, hansı ki, erməni millətçilər bu bölgəni tarixi erməni torpağı hesab edir”.

Sayt qeyd edir ki, Ermənistanın əsas hədəflərindən biri də Abxaziya və Sxinvali üzərindən tranzit əldə etməkdir.

"İrəvan bu plan üçün Rusiya və bu ölkədəki erməni diasporundan istifadə etdi. Lakin gürcü rəsmilər qəti şəkildə belə tranzitə yol verməyəcəklərini bildirdilər. Görünür, hədəfə gedən yolda vasitə dəyişib. Ermənilər hədəfə çatmaq üçün indi də ABŞ və Avropa İttifaqı üzərindən Gürcüstana hücum etməyə qərar verib”, - deyə sayt vurğulayır.

Məqalədə "Gürcüstanın erməni icması”nın saytında "ABŞ-dan qonaqlar Axalltsıxa gəldilər” başlığı ilə yayımlanan materiala diqqət çəkilir.

Həmin materialda belə bir cümlə var: "ABŞ-dan, Amşendan və Ermənistandan qonaqlar Axalltsıxa gəldi və bir sıra şəhər tədbirlərində iştirak etdi”.

Amşen?! Dünya xəritəsində belə bir yer yoxdur.

"Kavkazplus” yazır ki, bu ada yalnız erməni millətçilərinin xəritələrində rast gəlmək olar.

"Necə ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə "Arstax” deyirlər, bu da ermənilərin özlərindən uydurduğu adlardan biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan bəzi erməni icmalarına amşen deyilir və onların tarixi torpağı kimi Gürcüstanın Samsxe-Cavaxeti, həmçinin, Axalkalki, Axalltsıxa, ümumilikdə Abxaziya bölgəsi göstərilir. Amşen erməniləri Gürcüstanın tarixində faciəli rol oynayıb. İndi Amerikadan gələn nümayəndə heyətinin tərkibində amşen ermənilərinin olması nə deməkdir? Hesab etmək olar ki, onlar Samsxe-Cavaxeti bölgəsində yaşayan ermənilər arasında gizli şəkildə separatçılığı təbliğ edirlər. Ən pisi odur ki, bu ermənilərin gəlişinə gürcü hakimiyyəti heç bir pis niyyət görmədən dəstək verib. Ermənilər öz məqsədlərini gizlətmir. Lakin bütün bunlar Gürcüstan üçün ikinci "Qarabağ ssenarisi” ola bilər. Və bu işdə Gürcüstanın inandığı ABŞ-ın da təsirinin olması mümkündür”, - deyə məqalədə diqqətə çatdırılır.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol