Türkmənistan prezidenti Azərbaycana gələcək

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.
anews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "Türkmən Dövlət Xəbərləri” (TDX) informasiya agentliyi xəbər yayıb.
Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.
Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.
Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















