• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Qarabağda müharibəyə başlayır

Rusiya Qarabağda müharibəyə başlayır
05.08.2017 10:50
Azərbaycan yeni döyüşlərə başlamağa məcburdur

Erməni şəhrçiləri Rusiya - ABŞ münasibətlərində yeni böhranı şərh edərək Qarabağı əldə saxlamaq üçün yeni şəraitdə kimin tərəfini tutmağın lazım gəlməsi üzərində baş sındırırlar.

İstiPress-in məlumatına görə, erməni mətbutı ilə çıxış edən əksər ekspertlər indiki şəraitdə Rusiyanın mövqeyinin zəifləyəcəyini düşünür, buna görə hansısa yolla ABŞ tərəfə keçmək barədə baş sındırırlar. Bu cür düşünənlər içində hətta vaxtilə Qarağada işğalçı recimdə funksionerlik etmişlər də var. 

 Erməni şəhrçi Sarkis Arsruni "1in.am”da yazdığı məqaləsində düşhünür ki, sanksiyalarla üzləşmiş Rusiya bəzi  münaqişələrə, o cümlədən, hər iki ölkənin Minsk qrupu çərçivəsində həmsədrlik etdiyi Qarabağ münaqişəsinin həllinə təsirini azaltmağa çalışacaq.

"Rusiya - Amerika böhranı həm də Qarabağ problemnin həllində onların əməkdaşlığının zəifləməsinə səbəb olacaq… Qarabağ münaqişəsinni həlli prosesində həmsədrlər institutunda böhrana, yeni müharibə və ya Moskvanın atdığı birtərəfli addımlar hesabına status-kvonun dəyişməsi riskinə gətirə bilər”, - deyə Sarkis Arsruni vurğulayıb.

Erməni şərhçi Rusiyanın aprel müharibəsindən öncə həyata keçirmək istədiyi "Lavrov planının” yenidən işə düşə biləcəyini vurğulayıb. Həmin plana görə, Ermənistan Dağlıq Qarabağ ətrafınadkı 5 rayonu tərk edir, bunun müqabilində Azərbğaycan Rusiya sülhməramlılarının bölgəyə yerləşməsinə icazə verir. Yəni de-fakto olaraq Dağlıq Qarabağ Rusiya hərbçilərinin nəzarəti altına keçir. Statusun müzakirəsi məsələsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınır.

Bu, Madrid prinsipləri çərçivəsində Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Danışıqlarda Ermənistanla Azərbaycan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsidir. Ermənilər "status əvəzinə ərazilər” iddiası ilə çıxış edirlər, Azərbaycan isə bu fikirdədir ki, Dağlıq Qarabağ və Laçın dəhlizinin (Kəlbəcər və Laçın rayonlarının) statusu bölgəyə azərbaycanlılar qayıtdıqdan 20 il sonra keçiriləcək referendum nəticəsində müəyyən edilə bilər. Ermənilər bu variantda uduzacaqlarını güman edirlər.

Sergey Arsruni Rusiyanın bu planı həyata keçirmək üçün Azərbaycanın müharibəyə başlamasına icazə verəcəyini düşünür. "1in.am”ın başqa materiallarından belə anlaşılır ki, ermənilər növbəti müharibədə qələbəyə ümidləri yoxdur və Qarabağdakı erməni qoşunlarının komandiri Levon Mnasankanyanın döyüşə hazırlıq barədə verdikləri açıqlamalara inanmırlar.

Buna hətta ən ermənipərəst rus hərbi şərb ekspertlər də inanmır. Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də "1in.am”a müsahibəsində nümayiş etdirib: "Əgər müharibə başlayarsa, o, daha böyük miqyas alacaq, xarici qüvvələr də qoşulacaq. Obyektiv danışsaq, Azərbaycan daha bir neçə kvadrat kilometr qopara bilər”.

Xarici qüvvələr dedikdə Xramçixin yəqin ki, Rusiya hərbçilərini nəzərdə tutur. 2016-cı ildə baş vermiş aprel döyüşlərində Azərbaycan ordusunun irəliləməsinin qarşısını Rusiyadan gətirilmiş desant saxladı. Çünki Ermənistanın Qarabağda Azərbaycanla döyüşəcək qüvvəsi yoxdur. Bu ölkənin ordusunun real sayı 15-20 min ətrafında dəyişir, onlar da hərbi hazırlığı çox zəif olan çağırışçılardır.

Ermənistan 2016-cı ildə göstərdiyi vasitəçilik dəstəyinin əvəzinə öz ordusunu Moskvaya tabe etməli oldu. Bu dəfə müharibə olarsa, yəqin ki, Rusiya ilə federativ müqavilə bağlayaraq özünə Abxaziya eyni statusa salmış olacaq, yəni həm də de-yuro müstəmləkəyə çevriləcək.

Bunu bəzi erməni ekspertlər, hətta bir vaxt Qarabağın işğal rejimində istər-istəməz Rusiyanın maraqlarına qulluq etmiş ekspertlər də düşünülər və İrəvanı radikal addımlara çağırırlar. Məsələn, ermənilər tərəfindən Dağlıq Qarabağdakı işğal rejiminin xarici işlər naziri kimi təqdim edilən Arman Melikyan "Tert.am”a müsahibəsində bildirib ki, Ermənistan bu problemdən can qurtarmaq üçün açıq şəkildə Birləşmiş Ştatları dəstəkləməlidir. Nə isə, ermənilərdən hər şeyi gözləmək olar.     
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol