• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanı yerindən oynadan zərbə

Ermənistanı yerindən oynadan zərbə
07.08.2017 10:06
"Heç bir dövlət real olaraq Azərbaycanı dayandırmaq istəməyəcək”

ABŞ-ın Rusiyaya qarşı birtərəfli tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi təsir edəcək.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda "News.am”ın müxbirinə Politoloq Günü münasibəti ilə verdiyi müsahibəsində erməni politoloq Stepan Qriqoryan bildirib. Onun sözlərinə görə, əsas problem Ermənistanın Avrasiya İttifaqının üzvü olmasından qaynaqlanır:

"Əgər Rusiyada iqtisadiyyat zəif inkişaf edəcəksə, əgər büdcə daha aşağı olacaqsa, aydındır ki, Rusiyanın Avrasiya İttifaqını inkişaf etdirmək üçün vəsaitiləri qalmayacaq. Bu, o deməkdir ki, bir çox planlaşdırılan layihələr gerçəkləşdirilməyəcək, ya da Rusiya proteksionizmi gücləndirəcək”.

Yəni Qriqoryan qorxur ki, erməni malları Rusiya bazarına girə bilməyəck, iş yerlərinə erməniləri yox, yalnız Rusiya vətəndaşlarını götürəcəklər və s. Beləliklə, erməni ekspert həmvətənlərinə kənar qüvvələrə yox, öz güclərinə arxalanmağı çağırıb.

Eyni çağtırışla Politoloq Günü münasibəti ilə İrəvanda keçirdiyi mətbuat konfransında politologiya doktoru, bir müddət Ermənistan baş nazirinin köməkçisi olmuş politoloq Hayk Martirosyan da çıxış edib. Martirosyan erməniləri Qarabağ mühariğbəsində kənar qüvvələrə arxalanmamağa çağırıb.

Martirosyan qeyd edib ki, əgər Acərbaycan Dağlıq Qarabağda döyüş əmədliyyatlarına başlayarsa, o, əmin deyil ki, beynəlxalq birlik və yaxud ayrıca hansısa dövlət Azərbaycanı dayandırmaq niyyətində olacaq:

"Ermənistanda nəhayət ki, beynəlxalq birliyə inamdan imtina etməlidirlər və ya isətər müsbət olsun, istərsə də mənfi ona hansısa ümidlər bağlamağı dayandırmalıdırlar”.

Yəni bir vaxt Ermənistan hökumətində təmsil olunmuş yetərincə ağıllı politoloq öz həmvətənlərini başa salır ki, müharibə olarsa Ermənistanla Azərbaycan təkbətək qalacaq və həlledici nəticəni döyüş meydanı müəyyən edəcək. Aprel döyüşləri göstərdi ki, Rusiyanın müdaxiləsi olmasa idi, Azərbaycan Ermənistanın bütün silahlı qüvvələrini elə Qarabağda məhv etmək iqtidarında idi. Ermənistan bütün qüvvələrini Qarabağ yığmışdı və Rusiyanı vasitəçi salaraq vaxt udmağa çalışırdı. Azərbaycan isə öz hərbi gücünün 15-20 faizindən istifadə edirdi. Lakin buna baxmayaraq Ermənistan ordusu itirdiyi mövqeləri geri ala bilmədi.

Hayk Martirosyan dolayısı ilə erməniləri başa salır ki, münaqişənin Madrid prinsipləri ilə həllindən və Qarabağ ətrafı rayonları öz xoşlarına tərk etməkdən başqa yolları yoxdur. Əks halda, həmin rayonları Azərbaycan ordusu hərb yolu ilə alacaq və minlərlə erməni əsgəri qurban gedəcək.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol