• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağdan gələn terrorçular sərhədimizə yerləşir

Qarabağdan gələn terrorçular sərhədimizə yerləşir
07.08.2017 14:41
PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana da sızmaq istəyir: "PKK-nın Gürcüstanda təşkilatlanması ilə yanaşı, Tiflisdə Ermənistan dövləti və Ermənistan Diaspor Nazirliyi tərəfindən maddi dəstək verilən "Kürdüstan Yezidilər İttifaqı” da fəaliyyət göstərir. Həmçinin, özlərinə tərəfdar toplamaq və təbliğat aparmaq üçün Gürcüstanda "Gilavej” (Sabah ulduzu) adlı jurnal da nəşr etdirirlər. Bütün bu təşkilatlanmanı PKK-nın Gürcüstan üzrə nümayəndəsi Abdülrehman Pariyev adlı şəxs həyata keçirir. Bu şəxsə kömək edən və Azərbaycandakı tərəfdarları ilə bağlantı quran şəxs Osman Baydemirdir. Bu şəxsin kod adı "Avroman”dır və Türkiyədə axtarışda olan PKK üzvlərinin siyahısında yer alırlar”.

G.Gülbey qeyd edib ki, PKK üzvləri Ermənistandakı düşərgələrdə təlim keçdikdən sonra Gürcüstanda təşkilatlanan yezidi kürdlərdən dəstək alaraq, Qara dəniz bölgəsinə gəlirlər.

"Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində qərargah quran və Göyçə gölü yaxınlığındakı "Vardanes” düşərgəsində təlim keçən PKK üzvləri Gürcvüstandakı yezidi kürdlərin dəstəyi ilə Qara dəniz bölgəsinə keçir və terror aktlarının törədilməsi üçün kəşfiyyat aparırlar. Ermənistan Rize və Artvin bölgəsində yaşayan hemşinlər üzərində də oyun oynayır. Belə ki, həmşinlərin erməni əsilli olduğu iddia olunur və təəssüf ki, ermənilər bəzi həmşinləri buna inandırmağı bacarıb. Erməni olduqlarına inanan həmşinlər bölgədə HDP ilə birgə hərəkət edrək, PKK-ya dəstək verirlər”, - deyə o vurğulayıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol