Bəhreyn Qətəri casusluqda ittiham etdi

Bəhreyn daxili işlər naziri, general Rəşid bin Abdullah Əl-Xəlifə Qətəri ölkənin təhlükəsizlik qüvvələri və hərbi strukturlarına qarşı casusluq fəaliyyətində ittiham edib.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə DİN başçısı "Əl-Şark əl-Avsat” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qətərin belə fəaliyyəti Bəhreynin milli təhlükəsizliyini təhdid altında qoyur.
General bildirib ki, Qətər birtərəfli qərarlar qəbul etməklə və ekstremistləri, terrorçuları dəstəkləməklə Fars körfəzi dövlətlərinin təhlükəsizliyinə mane olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















