Ermənistanda gecə hücumu həyəcanı

İrəvana bütün cəbhələrdən hücum davam edir
Ermənistanda ilan dastanı davam edir.
Sürünən yırtıcılar İrəvana bütün cəbhələrdən hücum edirlər. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bildirib.
Məlumata görə, ikinci gün səhərə yaxın FHN-ə həyəcanlı zəng daxil olub ki, bəs, İrəvandakı binalardan birində, özü də, 12-ci mərtəbədə ilan müşahidə edilib. Hadisə yerinə getmiş xilasedicilər komandası gürzə aşkarlayıb və tutub. Onun 12-ci mərtəbəyə necə çıxması hələ də qaranlıqdır.
İlin əvvəlindən ilanların bu Cənubi Qafqaz respublikasına bu cür fəal hücumu insanlarda belə qənaət yaradıb ki, istənilən halda, dünyada Ədalət mövcuddur. Həm də Ermənistanın başına gələnlər bir növ edilən əməllərə görə Tanrı cəzasıdır. Belə qənaətə indi çoxları, ən çox da yaşlı adamlar gəlirlər. Onların fikrincə, indiki dünyada heç nə boş yerdən baş vermir.
Məsələ, əlbəttə, yayın isti keçməsində deyil. Cənubi Qafqazın başqa respublikalarında da temperatur 40-dan yuxarıdır. İlana da rast gəlinir, amma bu sayda yox. Ermənistan FHN-nin məlumatına görə, onları yüzlərlə tuturlar. Amma ilanların sayı hələ də azalmır. Sanki onları kimsə göydən yerə tökür.
Yalnız ümid ona qalıb ki, bu ilanlı yay erməni siyasətçilərə nəsə öyrədəcək. Axı yazılmamış bir qanun var ki, nə vaxtsa görülən bütün əməllərə görə cavab vermək lazım gəlir. Bu baxımdan, İrəvan çox şeylərə görə cavab verməlidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 