• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ

ABŞ-dan İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ
09.08.2017 12:22
İrəvanda ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri ciddi şəkildə müzakirə olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir.
 
Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək. Çünki bu ölkənin iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. Misal üçün, Ermənistanın ümumdaxili məhsulunun 17 faizi təkcə bu ölkədə fəaliyyət göstərən rus şirkətlərinin payına düşür. Bununla yanaşı, Rusiyada yaşayan milyonlarla erməninin Ermənistana göndərdiyi pullar da iqtisadiyyatın ayaqda dayanmasına kömək edir. Bunun kəsilməsi isə sosial problemlərin daha da ağırlaşmasına və ölkəyə gələn pul kütləsinin kəskin azalmasına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, erməni politoloq Qevorq Melikyan Rusiyaya qarşı sanksiyaların Ermənistanı mütləq şəkildə uçuruma sürükləyəcəyini hesab edir.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi bu ölkədən Ermənistana idxal edilən malların qiymətlərinin qalxması ilə nəticələnəcək.

Erməni iqtisadçı Vilen Xaçatryan isə hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi bu ölkədəki erməni miqrantlar üçün ciddi problemlər yaradacaq.

"Sanksiyalar nə vaxt tətbiq edilirsə, bundan ilk zərər görən miqrantlar olur. Bu, iqtisadi böhranlar zamanı müşahidə olunan dünya təcrübəsidir. Məsələ ondadır ki, Rusiyada işləyən ermənilərin sayı kifayət qədər çoxdur. Bu baxımdan, sanksiyalardan onlar ciddi zərər görəcək”, - deyə o bildirib.

Erməni iqtisadçıın fikrincə, Ermənistanı iki təhlükə gözləyir: "Birincisi, Rusiyada işləyən miqrantların göndərdiyi pul kütləsi azalacaq. İkincisi, Rusiya iqtisadi zəifləmə fonunda işçiləri ixtisar edəcək ki, bu da ermənilərin kütləvi sürətdə ölkəyə qayıtması deməkdir. Bizim iqtisadiyyatımız bu yükü qaldıra bilməyəcək”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol