• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan hərbçiləri qaçmağa başladı

Ermənistan hərbçiləri qaçmağa başladı
09.08.2017 14:52
Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb.

İstiPress-in məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu avqustun 4-də hərbi hissəni özbaşına tərk edib.

Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident isə Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol