• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni Vahe Avetyan İlham Əliyevdın kömək istədi

Erməni  Vahe Avetyan İlham Əliyevdın kömək istədi
15.08.2017 09:53
Erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyib. Avetyan Azərbaycan prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını alsın.

"Mən Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana , Azərbaycanın İsveçdəki səfirliyinə, beynəlxalq təşkilatlara müraciət etmişəm ki, mənə kömək etsinlər, imkan verməsinlər ki, erməni xüsusi xidmət orqanları mənim azyaşlı qızımı qanunsuz şəkildə Ermənistana aparmasın”-Vahe Avetyan "İnterfaks-Azərbaycan”a bildirib. 

Erməni hüquq müdafiəçisi deyir ki, o, keçmiş arvadı ilə birlikdə İsveçdə yaşayır və müəyyən vaxtda qızına baş çəkməyə icazəsi var. 2013-cü ildə Avetyanın keçmiş arvadı erməni xüsusi xidmət orqanları ilə əlbir olaraq onun azyaşlı qızını Ermənistana aparıb. Avetyan qızının dalınca Ermənistana getməli olub və orada həbs edilib, bir müddət həbsxanada qalıb. Həmin vaxt Avetyan çətinliklə də olsa qızını İsveçə geri qaytara bilib. İndi analoji vəziyyət təkrarlanır, Avetyan hesab edir ki, Serj Sərkisyanın rejimi onu müəyyən təhlükə kimi görür. Onun bildirdiyinə görə, bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri yenidən İsveçdə peyda olub, orada onun keçmiş arvadı ilə görüşüb. Avetyan iddia edir ki, erməni xüsusi xidmət orqanları İsveçin dövlət strukturlarının nümayəndələrini ələ alaraq onun qızını Ermənistana aparmağa çalışır.

"Noyabrda məhkəmə olacaq ki, uşaq hansı valideyinlə qalmalıdır. Proses yəqin ki, mənim xeyrimə nəticələnəcək və görünür buna görə Ermənistan hakimiyyəti qızımı oğurlamağa çalışır. Qızımı Ermənistana aparmaq cəhdi məni şantaj etmək üçün misli görünməmiş addımdır. Şantajın mahiyyəti odur ki, məni Ermənistanın indiki rəhbərliyini tənqid etməkdən daşındırsınlar, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair fikirlərimin qarşısını alsınlar”-Avetyan bildirib.

Xatırladaq ki, Avetyan Ermənistan-Azərbaycn sülh platformasına qoşulanlardan biridir. O, Bakıda olub və Xocalı soyqırımına görə üzr istəyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol